Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dövlət Dram Teatrında “Sevil” tamaşasının premyerası olub

16 noyabr 2019 | 08:11

Noyabrın 14-də Şəki Dövlət Dram Teatrında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və dramaturq Cəfər Cabbarlının “Sevil” pyesi əsasında hazırlanmış tamaşanın premyerası olub.
Tamaşanın premyerasında şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, teatrsevərlər iştirak edib.
Görkəmli dramaturqun anadan olmasının 120 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, rəqslərin quruluşçusu isə Çingiz Novruzəliyevdir. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov, Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Fərahim Fətəliyev, aktrisalar Lalə Məmməd, Arzu Mustafayeva, Nazilə İmamhüseynova və Aysun Mustafazadə ifa ediblər Əsərin əsas qəhrəmanı Sevil obrazını gənc aktrisa Zümrüd Əliyeva canlandırıb.

Keçidlər