Şriftin ölçüsü :

Saytın rəngi :

Neftçala məktəblisi: Vətənimizin dilbər guşələri ilə tanış olmaq imkanı əldə etmişik

21 noyabr 2019 | 09:11

“Ölkəmizi tanıyaq” tur-aksiyasına Neftçala rayonundan qatılmışam. Ekskursiyamız olduqca maraqlı keçir. Dünən Qəbələdəki zooparkda olduq, Nohur gölünə ekskursiya etdik. Bu gün isə qədim Şəkidəyik. Xan Sarayı, Dairəvi Məbəd və muzeylərlə tanışlıq məndə çox zəngin təəssürat yaradıb. Olduğumuz tarixi məkanlar, abidələr barədə müəyyən qədər məlumatlı olsam da, əyani şəkildə gördükdən sonra məlumatım daha da artdı, zənginləşdi.

Bu fikirləri “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Neftçala rayonu Astanlı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Ağadadaş Süleymanov Şəkidə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.

Layihənin əhəmiyyətini yüksək qiymətləndirən Neftçala məktəblisi deyib: "Prezidentimizin təşəbbüsü ilə reallaşdırılan bu layihədə iştirak etmək hər bir gəncin arzusudur. Tur-aksiyanın iştirakçısı olduğum üçün çox xoşbəxtəm. Məhz bu layihə sayəsində Vətənimizin dilbər guşələri ilə tanış olmaq imkanı əldə etmişik. Ekskursiyadan aldığımız təəssüratlar, dostlarımızla birlikdə keçirdiyimiz şən və maraqlı günlər heç vaxt yaddaşımızdan silinməyəcək”.

Keçidlər