Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunmuşdur

05 iyun 2013 | 15:00

5 iyun 2013-cü il tarixdə Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirdə şəhər suvarma sistemləri, subartezian quyularının istismarı, Acınohur qış otlaqlarının və Əyriçay su anbarının istismarı idarələrinin rəhbər işçiləri, əmək kollektivlərinin nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər.
Daha sonra keçirilən tədbirdə çıxış edənlər bildirmişlər ki, respublikamızda meliorasiya və su təsərrüfatı işlərinin təməli XX əsrin əvvəllərində qoyulsa da, onun əsas inkişafına ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə nail olmuşdur. Həmin illərdə regionlarda iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2 dəfə artmışdır.
Ulu öndər Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.
Natiqlər son illər Şəkidə kənd təsərrüfatı əkinlərini fasiləsiz olaraq suvarma suyu ilə təmin etmək üçün istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirildiyini qeyd etmişlər.
Tədbirin sonunda  işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə fəxri fərmanlar verilmişdir.

Keçidlər