Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə indiyədək 50 min hektaradək sahədə taxıl əkilib

28 noyabr 2019 | 09:11

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda payızlıq dənlilərin əkini davam edir. Fermerlər indiyədək 15 min 690 hektarı arpa, 34 min 290 hektarı buğda olmaqla, 49 min 980 hektara toxum səpiblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdiri bildirib ki, payızlıq dənlilərin əkiləcəyi sahələrdə şum artıq başa çatdırılıb. Əkin kampaniyasına 114 ədəd şum traktoru, 90 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilib.
Xatırladaq ki, cari mövsümdə rayonda 234,6 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb.

Keçidlər