Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhərində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib

11 dekabr 2019 | 16:00

Dekabrın 11-də Ulu Öndər Heydər Əliyevin vəfatının on altıncı ildönümü ilə əlaqədar Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib.
    İctimaiyyət nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilən toplantıda şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Ulu Öndərin mənalı ömür yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətlərindən danışıb.
      Bildirilib ki, otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevlə bağlı olub. Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Dahi rəhbərin xalqla bağlı ömrünün əbədiyyətə qovuşduğu andan on altı il vaxt keçsə də, ötən hər bir gün bu tarixi şəxsiyyəti xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır.
    Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı - Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib.
      Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.
     Anım tədbiri Ulu Öndərə həsr olunan musiqili-bədii proqramla başa çatıb.

Keçidlər