Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Cəfərabad kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 13-də Cəfərabad kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Sadıqov Səbuhi, Musayev Namizəd, Rüstəmov Məmmədiyə və başqaları çıxış edərək kənddə içməli su probleminin həllinə köməklik göstərilməsini, Cəfərabad kənd tam orta məktəbinin əsaslı təmir olunmasını, uşaq bağçası üçün yeni bina tikilməsinə köməklik göstərilməsini və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.