Şəkidə indiyədək 63 min hektaradək sahədə taxıl əkilib
18 dekabr 2019 | 16:00
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin əkini başa çatmaq üzrədir. Fermerlər indiyədək 21 min 761 hektarı arpa, 41 min 179 hektarı buğda olmaqla, 62 min 940 hektara toxum səpiblər. Rayonda gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, cari mövsümdə rayonda 234,6 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb.