Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə tütün istehsalçılarına 112 min manatdan çox subsidiya ödəniləcək

18 dekabr 2019 | 16:00

Şəki rayonunda tütünçülüklə məşğul olan 189 fermerə bu il istehsal etdikləri 2 min 247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına hər tonuna 50 manat hesabı ilə 112 min 347 manat məbləğində subsidiyanın verilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdirinin sözlərinə görə, subsidiyanın verilməsi ilə bağlı sənədlər hazırlanıb və baxılmaq üçün Respublika Komissiyasına təqdim olunub. Komissiyanın iclasında tütün istehsalçılarına subsidiyanın verilməsi barədə qərar qəbul edilib. İstehsalçılara ödəniləcək subsidiya yaxın günlərdə onların bank (fermer) kartlarına köçürüləcək.

Keçidlər