Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə qiymətli metallar sahəsində fəaliyyət göstərən sahibkarlar üçün maarifləndirmə tədbiri keçirilmişdir

12 iyun 2013 | 15:00

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsi ilə bağlı iyunun 11-də Şəki şəhərində bölgədə fəaliyyət göstərən sahibkarların iştirakı ilə zona müşavirəsi keçirilmişdir.
Müşavirədə qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının istehsalı, emalı, istifadəsi və dövriyyəsi fəaliyyət növləri ilə məşğul olan sahibkarlara müvafiq qanunvericiliyin tələbləri izah edilmişdir.
Müşavirədə Xidmət tərəfindən ötən müddətdə həyata keçirilən nəzarət tədbirləri diqqətə çatdırılmış, sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilmiş, ən çox rast gəlinən nöqsanlar araşdırılmış və təhlil edilmişdir.

Keçidlər