Şəkinin tarixi mərkəzi İSESKO-nun İslam İrsi Siyahısına daxil edilib
19 dekabr 2019 | 16:00
Mərakeş Krallığının paytaxtı ər-Rabatda keçirilmiş İslam Dünyası İrs Komitəsinin növbədənkənar iclasının yekun sənədinə əsasən, ölkəmizin İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri bu siyahıya salınıb.
Qeyd edək ki, İSESKO-nun irs və mədəniyyətlə bağlı yeni strategiyası, həmçinin İslam dünyasında mədəni və tarixi irsin qeydə alınması və qorunması sahəsində fəaliyyətin gücləndirilməsini hədəfləyir.