Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Birinci Biləcik kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 19-da Birinci Biləcik kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Bilalov Səbuhi, Məmmədov Həşim, Bədiyev Ramiz və başqaları çıxış edərək kənddə uşaq bağçası açılmasını, tibb məntəqəsi üçün yeni bina tikilməsini, kəndin yeni yaşayış massivinin içməli su probleminin həlli və ərazidə əlavə transformator quraşdırılmasını və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.