Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aydınbulaq kəndində səyyar qəbul keçirib

26 dekabr 2019 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov dekabrın 26-da Aydınbulaq  kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan,  əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Abbasov Məmməd, Səfərov Azad, Əliyev Mehman və başqaları çıxış edərək kəndə təbii qazın verilməsi, Cəfərabad yarımstansiyasından kəndə gələn yüksək gərginlikli elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsinə köməklik göstərilməsi, kənd ərazisində artezian quyusu qazılması, kəndin sürətli internetlə təmin olunmasına köməklik göstərilməsivə  sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər