Qoxmuq kəndində səyyar qəbul keçirilib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Yanvarın 9-da Qoxmuq kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə həyata keçirilən islahatlardan, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində görülən işlərdən, son dövrlər rayonda həyata keçirilən tədbirlərdən söz açıb, qarşıda duran məsələlərdən danışıb.
Kənd sakinləri Musa Daşdəmirov, Umudvar Əbabəkirov, Əlibala Məmmədov və başqaları çıxış edərək Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsinin işıqlandırılması, Qoxmuq kəndinin içməli su ilə təminatında yaranan fasilələrin aradan qaldırılması, heyvandarlığın inkişaf etdirilməsi üçün örüş sahələrinin ayrılması və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.