Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə taxıl biçininə başlanılmışdır

12 iyun 2013 | 15:00

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini kampaniyasına başlanılmışdır.
Ötən ilin payızında rayonda cari ilin məhsulu üçün 81 min 57 hektar sahədə taxıl əkilmişdir. Əkin sahələrinin 59 min 313 hektarını buğda, 21 min 612 hektarını arpa, qalanını isə vələmir sahələri təşkil edir. Taxıl biçininə mindən artıq texnika cəlb edilmişdir.
Biçin qabağı taxıl daşınacaq yollar hamarlanmış, xırman və anbarlar təmizlənmiş, dezinfeksiya edilmişdir.
Turan qəsəbəsi, Şəki kənd, Böyük və Kiçik Dəhnə kəndləri ərazilərindəki təsərrüfatlarda hələlik arpa biçilir. İlkin məlumatlara görə, hər hektardan orta məhsuldarlıq 28-30 sentner təşkil edir.
Xatırladaq ki, 2012-ci ildə Şəki taxılçıları rayonun tarixində rekord miqdarda - 256 min ton taxıl istehsal etmişlər.

Keçidlər