Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir

17 yanvar 2020 | 16:00

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Şəkidə silsilə tədbirlər həyata keçirilir.
     Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq hazırda idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsi ilə bağlı tədbirlər keçirilir, ümumtəhsil, peşə, ali və orta ixtisas məktəblərində Qanlı Yanvara həsr olunmuş foto-stendlər hazırlanmış, ədəbi-bədii gecələr, inşa yazı və şeir müsabiqələri, idmanın müxtəlif növləri üzrə yarışlar təşkil olunur. Bu gün rayonun bütün ümumtəhsil, ali və orta ixtisas məktəblərində ilk dərslər Qanlı Yanvar mövzusuna həsr olunmuşdur.
      Faciənin ildönümü ilə əlaqədar mədəniyyət müəssisələrində rəsm və kitab sərgiləri təşkil olunur, bədii və sənədli filmlər nümayiş etdirilir.
Tədbirlər planına uyğun olaraq Şəhidlər xiyabanında abadlıq işləri aparılmışdır.
     Ümumxalq Hüzn Günü ilə əlaqədar yerlərdə şəhid ailələrinə maddi yardımlar göstəriləcəkdir.
      Məscidlərdə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların ruhuna dualar oxunur.
      Yanvarın 20-də Şəhidlər xiyabanında ümumşəhər mitinqi keçiriləcək, şəhid məzarları ziyarət olunacaq, üzərlərinə əklil qoyulacaq, gül-çiçək düzüləcəkdir. Həmin gün saat 12.00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir. 20 yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq şəhər ərazisində, kənd və qəsəbələrdə Azərbaycan Respublikasının Dövlət bayraqları endiriləcəkdir.

Keçidlər