Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Kiş kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov yanvarın 23-də Kiş kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və Şəkidə ötən il görülmüş işlərdən və əldə olunmuş nailiyyətlərdən danışıb, qarşıda duran vəzifələrə toxunub.
Kənd sakinləri Alıyev Güldəmir, Qəhrəmanov Oktay, Məsimov Elşad və başqaları çıxış edərək Kiş kəndinə gələn elektrik xəttinin Qoxmuq xəttinə qoşulması, elektrik dirəklərinin dəyişdirilməsi, kəndin bəzi ərazilərində mövcud su probleminin aradan qaldırılması, kəndin mərkəzindən bələdiyyə binasınadək olan yolun asfaltlaşması, Duluzlar məhəlləsinə marşrut verilməsinə köməklik göstərilməsi və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.