Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Daşüz kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 13-də Daşüz kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək AR regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb, Şəkidə ötən il görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqqında məlumat verib.
Kənd sakinləri Qədirov İlham, Abdulllayeva Həqiqət, Əmirseyidova Anjelika və başqaları çıxış edərək kəndin yeni yaşayış massivindəki təqribən 20 evə təbii qazın verilməsini, Daşüz kəndində qəzalı vəziyyətdə olan elektrik dirəklərinin və xətlərinin dəyişdirilməsi, kənd tam orta məktəbinin binasının və uşaq bağçası binasının əsaslı təmiri və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.