Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Oxud kəndində səyyar qəbul keçirib

20 fevral 2020 | 16:00

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 20-də Oxud kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək AR regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident cənab İlham Əliyevin nitqindən  irəli gələn vəzifələrdən danışıb, Şəkidə ötən il görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqqında məlumat verib.
Kənd sakinləri Mahmudov Babək,  Adışirinov Tahir,  Məmmədova Dəyanət başqaları çıxış edərək Oxud kəndinə gedən dağ yolunun əsaslı təmirinə koməklik  göstərilməsini, kəndə Kiş çayından su xəttinin çəkilməsini, “Cavan”  adlanan ərazisində  yaşayan  50-yə  yaxın ailənin içməli su probleminin olmasını, Oxud kəndində  yeni yaşayış  massivində salınan evlərin elektrik enerjisi ilə təmin olunmasını və  sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.

Keçidlər