Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Böyük Dəhnə kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov fevralın 20-də Böyük Dəhnə kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizdə son dövrlər ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışıb, Şəkidə ötən il görülmüş işlər və əldə olunmuş nailiyyətlər haqqında məlumat verib.
Kənd sakinləri Məmmədəliyev Fizuli, Mustafayev Vasif, Salamov Qismət və başqaları çıxış edərək kənddə suvarma suyu probleminin həllinə köməklik göstərilməsini, elektrik enerjisinin verilişində olan fasilələrin aradan qaldırılmasını, yararsız elektrik dirəklərinin dəyişdirilməsini, uşaq bağçasının əsaslı təmirinə köməklik göstərilməsini və sair məsələləri xahiş etmişlər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.