Şəkinin Cəfərabad kəndində səyyar qəbul
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 13-də Cəfərabad kəndinin sakinləri ilə görüşmüşdür. Görüş yığıncağında həmin kəndlərin sakinləri ilə yanaşı, başçının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət təşkilatlarının rəhbələri də iştirak etmişlər.
Kənd sakinləri ilk olaraq icra başçısının vaxt tapıb əraziyə gəlişini, sakinlərlə görüşünü onlara göstərilən diqqət və qayğının bariz nümunəsi kimi yüksək qiymətləndirmişlər. Bununla yanaşı, şəhər, qəsəbə və kəndlərimizdə, eləcə də həmin ərazidə aparılan tikinti-abadlıq, quruculuq işlərindən danışılmış, kəndin ərazisindəki həlli vacib məsələlərə də toxunulmuşdur.
Kənd sakini Habil Mustafayev tam orta məktənin əsaslı təmiri, İntizar İsmayılova həyətindən keçən elektrik xəttinin yerinin dəyişdirilməsi, Əhmədiyə Rüstəmov taxıl biçini üçün əlavə kombayn verilməsi, yaşadığı ərazidə yararsız elektrik dirəklərinin dəyişdirilməsi, Əhməd Bədəlov kəndin mərkəzi küçəsinin asfaltlaşdırılması, Ələddin Süleymanov kənddə aptek açılması və sairlə bağlı tələb və təkliflərini irəli sürmüşlər
Görüş yığıncağına şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov yekun vuraraq qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermiş, rayonda aparılacaq tikinti–abadlıq, quruculuq işlərinin daha da sürətləndiriləcəyini, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin, ümumilikdə isə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşacağını bildirmişdir.