Şriftin ölçüsü :

Saytın rəngi :

Fransanın Azərbaycandakı səfiri Şəkidə olmuşdur

13 mart 2020 | 16:00

Mart ayının 12-də Fransanın Azərbaycandakı səfiri Zakari Qros Şəki şəhərinə gəlmişdir.
    Həmin gün səfir Zakari Qros şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovla görüşmüşdür. Qonağı səmimi salamlayan icra başçısı ona Şəkinin tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, özünəməxsus milli adət-ənənələri barədə məlumat verilmişdir.
    Görüş zamanı Fransa ilə Azərbaycan, o cümlədən Şəki şəhəri ilə Kolmar şəhərləri arasında olan əməkdaşlıq əlaqələri, həmçinin Şəkinin təhsil müəssisələrində fransız dilinin tədrisi vəziyyəti barədə söhbət aparılmışdır.
    Fransalı diplomat Şəkiyə ilk dəfə səfər etdiyini, Şəkidə olmağından məmnun olduğunu, səfərin bu qədim diyarla daha yaxından tanış olmaq məqsədi daşıdığını bildirmişdir.
     Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur. Sonda xatirə hədiyyələri təqdim olunmuşdur.
     Qeyd edək ki, səfər çərçivəsində Fransanın Azərbaycandakı səfiri Zakari Qros Şəkinin qədim tarixi abidələri ilə tanış olacaq, ADPU-nun Şəki filialını, şəhər 1 və 8 №-li tam orta məktəbləri, Şəki Turizm İnformasiya Mərkəzini, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şəki regional mərkəzini və Fransa Müqavimət Hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ev-muzeyini ziyarət edəcəkdir.

Keçidlər