Şəkidə dezinfeksiya işləri davam edir
Koronavirus ( COVİD – 19) epidemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində təxirəsalınmaz tədbirlər görülür.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən yaradılan xüsusi qərargahın nəzarəti altında rayon ərazisində dezinfeksiya işləri davam etdirilir.
Rayon ərazisində fəaliyyət göstərən təhsil, mədəniyyət və digər müəssisələrin, yaşayış binalarının, yolların, küçə və prospektlərin xüsusi məhlullar vastəsilə dezinfeksiyası davam etdirilir.
Bu günə qədər Şəki GEM tərəfindən 122 yaşayış binasında, 86 idarə, müəssisə və təşkilatın inzibati binasında, 52 məktəbdə, 30 bağçada dezinfeksiya işləri həyata keçirilib. Paralel olaraq Şəki rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mütəmadi dezinfeksiya işləri görülür.
Həmçinin Şəki KTİB tərəfindən Şəki şəhərinin küçə və prospektlərində, istirahət parklarının ərazisində yuyulma və dərmanlanma işləri aparılır. Martın 26-da Şəki şəhərinin "Dağ dibi" adlanan ərazisində, N.Nərimanov küçəsində, həmçinin M.Ə.Rəsulzadə prospektində, şəhərin mərkəzində yerləşən mədəniyyət və istirahət parkının ərazisində və digər yerlərdə dezinfeksiya işləri aparılıb.
Aparılan qabaqlayıçı tədbirlər çərçivəsində, Şəki şəhərinin daxilində sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri dezinfeksiya edilmişdir.
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində qabaqlayıcı tədbirlər davam etdirilir.