Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparılır

27 mart 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində maarifləndirmə tədbirləri davam etdirilir.
Şəki Şəhər İcra Hakimiyyətinin əməkdalarından, Şəki Bələdiyyəsinin üzvlərindən və məhəllə nümayəndələrindən, başçının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşlarından və kənd bələdiyyələrinin üzvlərindən ibarət 19-u şəhər, 33-ü kəndlərdə olmaqla 52 qrup yaradılmış və qrup üzvləri Şəki şəhərinin küçə və prospektlərində, məhəllələrdə, kənd ərazilərində sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparmış, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən verilən göstəriş və tövsiyələr barədə onları məlumatlandırmış və müvafiq izahatlar vermişlər. Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşları avtomobillə şəhərin müxtəlif ərazilərində hərəkət edərək səsgücləndirici vasitəsi ilə insanları maarifləndirmiş, karantin rejiminin tələblərinə riayət etməyə, çölə çıxmamağa çağırmışdır.

 

 

 

 

 

Keçidlər