Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə Regional Perinatal Mərkəz fəaliyyətə başlamışdır

17 iyun 2013 | 15:00

İyunun 14-də Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış Regional Perinatal Mərkəzin açılış mərasimi olmuşdur .
Mərasimdə AR Səhiyyə naziri Oqtay Şirəliyev, Şəki şəhər İcra Hakimyyətinin başçısı Elxan Usubov , mərkəzin həkim və orta tibb işçiləri iştirak etmişlər.
Məlumat verilmişdir ki, Mərkəz Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Ana və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq təşkil olunmuşdur. 1985-ci ildən fəaliyyət göstərən bu binada Səhiyyə Nazirliyinin sifarişi, Dünya Bankının maliyyə dəstəyi ilə 2011-ci ildə əsaslı təmir işlərinə başlanmışdır.
Dünya standartlarının tələblərinə cavab verən ən müasir tibb avadanlığı ilə təchiz edilmiş mərkəzdə hamiləliyin patologiyası, anesteziologiya və reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, konsultativ məsləhət və digər şöbələr fəaliyyət göstərir. Mərkəzdə çalışan mama-ginekoloq, həkim və orta tibb işçiləri Türkiyənin qabaqcıl xəstəxanalarında ixtisaslarını artırmışlar. Mərkəz 9 rayonun əhalisinə xidmət göstərəcəkdir.
Mərkəzin binası ilə yaxından tanış olan səhiyyə naziri kollektivə tapşırıq və tövsiyyələrini bildirmişdir.

Keçidlər