Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə YAP-nın Şəki təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə "Sağlamlığımız Milli Həmrəyliyimizdədir" adlı aksiya keçirilib

29 mart 2020 | 16:00

Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində aparılan tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlərlə yanaşı əhalinin marifləndirilməsi məqsədilə YAP-nın Şəki təşkilatının könüllüləri tərəfindən "Sağlamlığımız Milli Həmrəyliyimizdədir" adlı aksiya keçirilib.

   Könüllülər əhali arasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tək yaşayan yaşlı insanların evlərinə gedərək onlara evdə qalmağın vacibliyi barədə söhbətlər aparmış, karantin rejiminin tələblərinə riayət olunmasının vacibliyini onların diqqətinə çatdırmışlar.

    21-29 mart tarixlərində keçirilən "Sağlamlığımız Milli Həmrəyliyimizdədir" adlı aksiya çərçivəsində YAP-nın Şəki təşkilatının 5 nəfər könüllüsü Təşkilatın Gənclər Birliyinin sədri və sədr müavinləri ilə birlikdə 20-yə yaxın tənha yaşayan yaşlı insanları ziyarət edərək Yeni Azərbaycan Partiyasının rəhbərliyinin adından onları bayram münasibəti ilə təbrik etmiş, tibbi ləvazimatlar və gigiyenik vasitələr  təqdim etmişlər.

Keçidlər