Şəkidə tənha, ahıl vətəndaşlara sosial xidmətlər göstərilir
30 mart 2020 | 16:00
Ölkə Prezidenti cənab İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq Şəki şəhərində tənha, ahıl vətəndaşlar və ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır.
Bu məqsədlə DSMF-nin Şəki şəhər şöbəsinin işçiləri, könüllülər ahılların, tənha yaşayan sakinlərin mənzillərində olur, onlara sosial xidmətlər göstərir, zəruri tələbatlarının ödənilməsini həyata keçirirlər.