Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə xüsusi karantin rejiminə nəzarət güclənib

31 mart 2020 | 16:00

Nazirlər Kabinetində yaradılmış Operativ Qərargahın son göstərişlərinə uyğun olaraq, koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri Şəki rayonu ərazisində də operativ şəkildə icra olunur. Görülən tədbirlər çərçivəsində, əhali arasında fərdi izahetmə-xəbərdarlıq və maarifləndirmə işlərinə xüsusi diqqət yetirilir. Vətəndaşlara karantin rejiminin tələblərinə əməl etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaqları ilə bağlı çağırışlar edilir.

Keçidlər