Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə icra hakimiyyətinin təşəbbüsü ilə şəhər sakinlərinin tibbi ləvazimatlara olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir

03 aprel 2020 | 16:00

Koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki  Şəhər İcra Hakimiyyəti yanında yaradılan operativ qərargahın rəhbərliyi və nəzarəti  ilə Şəki şəhərində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlər və maarifləndirmə işləri davam etdirilir.
    Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilatların inzibati binalarında, yaşayış binalarında, dayanacaqlarda, küçə və prospektlərin səkilərində dezinfeksiya işləri gündəlik davam etdirilir. Şəhərinin mərkəzi küçə və prospektləri xüsusi texnika vasitəsi ilə mütəmadi dezinfeksiya edilir.
  Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qruplar tərəfindən fərdi izahetmə-xəbərdarlıq işləri aparılır, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq və evdə qalmaları  barədə çağırışlar edilir.
  Şəki Şəhər İcra Hakimiyyəti şəhər sakinlərinin tibbi maskaya olan tələbatının ödənilməsinə dəstək göstərilməsi təşəbbüsü ilə çıxış etmişdir. Şəhərdə dərzi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər bu təşəbbüsə həvəslə qoşulmuşlar. Bu məqsədlə onlar üçün lazımi şərait yaradılmışdır. Tam steril şəraitdə tikilən maskalar pambıq parçadan hazırlanır və tibbi maskaya daha çox ehtiyacı olan sahələrə və şəxslərə veriləcəkdir. Hazırlanan tibbi maskaların paylanmasında  könüllülər də yaxından iştirak edir.

Keçidlər