Şriftin ölçüsü :

Saytın rəngi :

Rabitə və informasiya texnologiyaları naziri Şəkidə vətəndaşları qəbul etmişdir

20 iyun 2013 | 15:00

İyunun 19-da rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Şəki Telekommunikasiya Qovşağının binasında Şəkidən, eləcə də Balakən, Zaqatala Qax, Oğuz, Qəbələ rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul etmişdir.
     Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı bu bölgədən olan vətəndaşların şikayət və müraciətləri dinlənilmişdir.
     Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, müraciətlərin bəziləri yerindəcə həllini tapmışdır.
     Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə bildirmişdir ki, müraciətlərdən 3-ü münasib işlə təmin olunmalarına kömək göstərilməsi ilə bağlı olmuşdur. Nazir vurğulamışdır ki, son illər yeni iş yerlərinin açılması bölgələrdə də sürətləndiyi üçün belə problemlərin həlli artıq çətinlik törətmir. Hər üç vətəndaşın müraciəti müsbət həll edilmişdir. Müraciətlərin bir neçəsi ucqar kəndlərdə mövcud rabitə problemləri ilə bağlı olmuşdur. Nazir bildirmişdir ki, artıq ən ucqar kəndlərdə də əhalinin internet xidmətlərindən yararlanmaq istəməsi sevindirici haldır. Qəbul zamanı bir neçə valideyn isə ali məktəblərdə təhsil alan övladlarının təhsil xərclərinin ödənilməsinə kömək göstərilməsini xahiş etmişlər. Bu müraciətlər də demək olar ki, müsbət həllini tapmışdır.
    Əli Abbasov vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlərinin də qeydiyyata alınaraq müvafiq qurumlara göndəriləcəyini diqqətə çatdırmışdır.

Keçidlər