Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin rejimi günlərində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı göstərilir

11 aprel 2020 | 16:00

Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkədə həyata keçirilən əks-epidemik tədbirlər bu gün də davam etdirilir.
    Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində də qabaqlayıcı tədbirlər görülür.
    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, aprelin 5-dən etibarən şəhər ərazisində hərəkət məhdudiyyəti tətbiq edilib, şəhər polis şöbəsinin əməkdaşları xüsusi karantin rejiminə nəzarəti həyata keçirirlər.
   Şəkinin səhiyyə işçiləri də gücləndirilmiş iş rejimində işləyirlər. Onlar müraciət edən insanların müalicəsi, əhalinin sağlamlığının təmin edilməsi məqsədilə var gücləri ilə çalışırlar.
  Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Şəki şəhərində, kənd və qəsəbələrdə  tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
   Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydaları nəzərə alınmaqla, Şəki şəhərində sosial tədbirlər də davam etdirilir. Şəkidə yaşayan  tənha, ahıl vətəndaşlar  diqqət mərkəzində saxlanılır, onlara sosial xidmətlər göstərir, zəruri tələbatlarının ödənilməsi həyata keçirilir, aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardımlar paylanılır, onların problemləri dinlənilir. Vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, xüsusi karantin rejimində müəyyən olunmuş qayda və tövsiyələrə riayət olunmasının vacibliyi onların diqqətinə çatdırılır.
   Sakinlər dövlət tərəfindən bu diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər