Şəkidə karantin rejimi qaydalrı nəzərə alınmaqla sosial tədbirlər davam edir
13 aprel 2020 | 16:00
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədi ilə Şəkidə sosial tədbirlər davam edir. Yaşlı, tənha yaşayan insanlara, aztəminatlı ailələrə diqqət və qayğıkeşlik göstərilməsi istiqamətində nəcib sosial təşəbbüslər reallaşdırılır.
Belə ki, “Monte Ferro” MMC tərəfindən Şəkinin Baş Küngüt, İnçə, Bideyiz, Baş Şabalıd, Zunud kəndlərində yaşayan aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.
Göstərilən sosial təşəbbüslər biznes nümayəndələri tərəfindən xüsusilə indiki şəraitdə sosial həmrəyliyə dəyərli bir töhfə və xeyriyyəçilik ənənələrinin davamlı olması yolunda atılan addımdır.