Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə pandemiyaya qarşı mübarizə ilə əlaqədar işlər davam etdirilir

16 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerinə yetirilməsi məqsədilə Şəkidə  əhali arasında müntəzəm olaraq maarifləndirmə işləri aparılır, aidiyyəti qurumlar tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına ciddi nəzarət edilir.
    İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərinin prospekt və küçələrində, çoxmənzilli yaşayış binalarında, müəssisə və təşkilatların inzibati binalarında, həmçinin rayonun digər yaşayış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, sanitar-gigiyenik vəziyyət daim nəzarətdə saxlanılır. Yaşı 65-dən yuxarı olan kimsəsiz insanların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşılır. Rayonda yaşayan imkansız ailələrə zəruri ərzaq yardımları göstərilir.
    Şəhər ərazisində fəaliyyət göstərən poçt şöbəsinin, bankların və bankomatların qarşısında növbədə dayanan vətəndaşlar tərəfindən ara məsafəsinin saxlanılmasına xüsusi nəzarət olunur.

Keçidlər