Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə karantin rejimi şəraitində tədbirlər davam etdirilir

18 aprel 2020 | 16:00

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən Şəki şəhərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha ahıl sakinlərə və aztəminatlı ailələrə yardımlar göstərilir.
   Aprelin 17-də şəhər ərazisində yerləşən 47 ictimai yaşayış binasında Şəki Mənzil İstismar Sahəsi tərəfindən dezinfeksiya işləri aparılıb. Eyni zamanda Şəki GEM tərəfindən bir sıra müəssisə və təşkilatın inzibati binasında, şəhər ərazisində yerləşən bankomatlarda  dezinfeksiyaedici tədbirlər görülüb. Dezinfeksiya işləri, həmçinin, kənd və qəsəbələrdə aparılıb.
    Sosial təcrid şəraitində yardımlar da davam etdirilib. Bu günə kimi, şəhər icra hakimiyyəti, ictimai birliklər, hüquqi və fiziki şəxs kimi fəaliyyət göstərən sahibkarlar tərəfindən mindən çox aztəminatlı ailəyə ərzaq yardımı göstərilib.

Keçidlər