"Bravo” supermarketlər şəbəkəsi Şəkidə tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə yardım edib
19 aprel 2020 | 16:00
Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən koronavirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan və tənha yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Şəkidə həyata keçirilən xeyriyyə aksiyası davam etdirilir.
DSMF-nin Şəki Şəhər Şöbəsinin əməkdaşlarının və könüllülərin iştirakı ilə “Bravo” supermarketlər şəbəkəsi tərəfindən 437 nəfər tənha yaşayan yaşlılara və əlilliyi olan şəxslərə ərzaq yardımı paylanılıb.