Şəkidə dezinfeksiya işləri davam etdirilir
29 aprel 2020 | 16:00
Koronavirus epidemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən yaradılan xüsusi qərargahın nəzarəti altında rayon ərazisində dezinfeksiya işləri davam etdirilir.
Aprelin 28-də Şəki Mənzil İstismar Sahəsi ilə Şəki GEM tərəfindən şəhər ərazisində yerləşən bütün ictimai yaşayış binalarının giriş bloklarında, pilləkənlərdə, bir sıra müəssisə və təşkilatın inzibati binasında, eyni zamanda kənd və qəsəbələrin ərazisində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilib.