Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkinin ucu-bucağı görünməyən yamyaşıl taxıl zəmiləri məhsulun bu il də bol olacağından xəbər verir

03 may 2020 | 16:00

Şəki Azərbaycanın ən böyük taxılçılıq rayonudur. Bu il rayonda 67 min hektardan çox sahədə taxıl əkilib.

Keçən il şəkili torpaq mülkiyyətçiləri 67 min 939 hektar taxıl sahəsindən 235 min 198 ton məhsul tədarük ediblər. Taxıl sahələrində orta məhsuldarlıq 34,6 sentner olub. Bu, ən yüksək göstərici kimi rayonun tarixinə düşüb.

Ucu-bucağı görünməyən yamyaşıl taxıl zəmiləri məhsulun bu il də bol olacağından xəbər verir.

Keçidlər