Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə pandemiyaya qarşı mübarizə ilə əlaqədar işlər davam etdirilir

06 may 2020 | 16:00

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
    Ölkə ərazisində 2020-ci il may ayının 4-ü saat 00:00-dan etibarən karantin rejimi dövründə tətbiq olunan bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Lakin ölkə üzrə son iki günün statistikası göstərir ki, karonavirus təhlükəsi ciddi şəkildə qalmaqdadır. Yoluxma halları ilə sağalma halları arasındakı fərq kəskin şəkildə özünün biruzə verir. Xüsusi karantin rejimi ləğv olunduğu digər rayon və şəhərlər kimi, rayonumuzun da əhalisi sanitariya-gigiyena qaydalarına ciddi şəkildə əməl etməlidir.
    Şəki İH rəhbərliyi tərəfindən şəhər ərazisində, kənd və qəsəbələrdə dezinfeksiya işlərinin gücləndirilməsi, İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən maarifləndirmə işlərinin davam etdirilməsi, səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə sakinlərə qaydalara əməl olunması ilə bağlı çağırışlar edilməsi qərara alınmışdır.
Hazırda Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən maarifləndirmə işlərinin davam etdirilir, sakinlərə işləri olmadığı təqdirdə evdən çıxmamaq, sosial məsafəni qorumaq, maska və dezinfeksiyaedici vasitələrdən istifadə etmək, 10 nəfərdən çox sakinin bir yerə toplaşmaması tövsiyə olunur.
Eyni zanamda ərazidə yerləşən ictimai-iaşə müəssisələri, ticarət obyektləri, bərbərxana və gözəllik salonlarında koronavirus epidemiyasının profilaktikasına dair metodiki göstərişlərə necə əməl olunduğu monitorinq edilir, obyekt sahibləri və işçiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qüvvədə olan tələb və tövsiyyələri ilə tanış edilir və qeyd olunan qaydalara əməl edilməsinin vacib olduğu onların diqqətinə çatdırılır.

Keçidlər