Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə koronavirus pandemiyasına qarşı profilaktik tədbirlər və maaarifləndirmə işləri davam edir

09 may 2020 | 16:00

Koronavirus infeksiyası yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə  Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən yaradılan xüsusi qərargahın nəzarəti altında rayon ərazisində profilaktik tədbirlər və maaarifləndirmə işləri davam edir.
   Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən maarifləndirmə işlərini aparılır, sakinlərə işləri olmadığı təqdirdə evdən çıxmamaq, sosial məsafəni qorumaq, maska və dezinfeksiyaedici vasitələrdən istifadə etmək, 10 nəfərdən çox sakinin bir yerə toplaşmaması tövsiyə olunur.Şəhər ərazidə yerləşən ictimai-iaşə müəssisələri, ticarət obyektləri, bərbərxana və gözəllik salonlarında koronavirus epidemiyasının profilaktikasına dair metodiki göstərişlərə necə əməl olunduğu monitorinq edilir, obyekt sahibləri və işçiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qüvvədə olan tələb və tövsiyyələri ilə tanış edilir və qeyd olunan qaydalara əməl edilməsinin vacib olduğu onların diqqətinə çatdırılır. Səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə sakinlərə qaydalara əməl olunması ilə bağlı çağırışlar edilir.
    Şəhər ərazisində yerləşən müəssisə və təşkilatların inzibati binasında, eyni zamanda kənd və qəsəbələrin ərazisində  tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

Keçidlər