Şəkidə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konfrans keçirilmişdir.
10 may 2020-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şəki şəhər Gənclər və İdman İdarəsi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının banisidir” adlı onlayn konfrans keçirilmişdir. .
Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Təhsil şöbəsinin, ADPU-nin Şəki filialının nümayəndələri və fəal gənclər iştirak etmişdir. Konfransı giriş sözü ilə Şəki şəhər Gənclər və İdman İdarəsi rəisi Daşqın Mikayılov açmış, konfransın məqsədi barədə məlumat vermiş, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti barədə danışmışdır. Daha sonra söz ADPU-nun Şəki filialının baş müəllimi, tarixçi Tahir Məhərəmova verilmişdir. T.Məhərrəmov gənclərə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat vermişdir. Şəki şəhər İcra Hakimiyyətinin icitimai - siyasi və humanitar məsələlər şöbəsinin mudir müavini Sadiq Yusifov Ümummilli lider Heydər Əliyevin dövlət və xalq qarşısında misilsiz xidmətləri barədə danışmış, bu gün Heydər Əliyev siyasətinin cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla icra olunduğunu vurğulamışdır. Şəki şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev Heydər Əliyevin təhsilə qayğısından, tələbələrə daim dəstək olmasından, gənclərin mütəxəssis kimi yetişməsində müstəsna xidmətlərindən danışmışdır. Gənclər adından çıxış edən fəal gənc Tofiq Məmmədkərimov Heydər Əliyevin gəncləri hər zaman diqqətdə saxladığını bildirmişdir. Çıxışlarda xüsusi qeyd olundu ki, Ümummilli liderin həyat və fəaliyyəti daim öyrənilməli və gənclər üçün örnək olmalıdır.