Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər cəmiyyətimizin fəal təbəqəsidir

15 may 2020 | 16:00

Dövlət gənclərin inkişafı, cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmaları üçün əlindən gələni edir.
    Bu fikirləri Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Daşqın Mikayılov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman söylədiyi nitqdən irəli gələn vəzifələrdən danışarkən bildirib.
   O qeyd edib ki, gənclər son illər ərzində ictimai həyatda çox fəal rol oynayırlar. Gənc nəslin nümayəndələri üçün bu gün çox böyük imkanlar yaradılır, onlar məsul vəzifələrə təyin edilirlər. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Dövlət başçısının sərəncamı Azərbaycan gəncliyinə verilən dəyərin ifadəsidir. Bu gün könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmişdir. ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə könüllülüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır. 
    D.Mikayılov bildirib ki, ölkəmizə həyata keçirilən gənclər siyasətinin əsas prinsipləri gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların fəal iştirakının təmin edilməsidir.
   O vurğulayıb ki, sağlam gənclik Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib, onun yeritdiyi siyasəti dəstəkləyir və fəaliyyətini ölkəmizin inkişafı istiqamətində qurur.

Keçidlər