Heydər Əliyev Mərkəzində gənclərlə görüş
20 iyun 2013-cü il tarixdə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyəti nümayəndələrinin bir qrup gənclərlə və gənc əsgərlərlə görüşü keçirilmişdir.
Tədbirdə Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi Vüqar İskəndərov, Orta Zəyzid kənd İcra nümayəndəsi Xuraman Mustafayeva, Kiçik Dəhnə kənd bələdiyyəsinin sədri Mahir Qasımov gənclərə Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu və fəaliyyətindən danışmış, onun fəaliyyətinin gənclərimizə örnək olmasını xüsusi qeyd etmişlər. Görüş zamanı ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, onun gənclərlə iş sahəsində yorulmaz fəaliyyəti və bu sahədə qəbul olunmuş Dövlət Proqramlarından geniş söhbət açılmışdır.