Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət xətti ilə məcburi köçkünlərə çox böyük diqqət göstərilir

18 may 2020 | 16:00

Doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Prezident cənab İlham Əliyevin daim xüsusi diqqət mərkəzindədir. Dövlət tərəfindən bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.
    Bu sözləri Şəki şəhərininin ərazisində yerləşən məcburi köçkünlər üçün salınmış Yeni Çələbixan qəsəbəsindəki Xocalı şəhər 3 nömrəli tam orta məktəbin direktoru Eldəniz Məhərrəmov bildirib.
     Prezident cənab İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışarkən bildirmişdir ki: “Fəaliyyətimizin bu istiqaməti 2003-cü ildə mənim Prezident kimi fəaliyyətə başladığım dövrdən əsas xətt kimi davam edir. Mən o vaxt demişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Ancaq biz buna dörd il ərzində nail ola bildik. 2007-ci ildə artıq Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamışdı. Onu da bildirməliyəm ki, çadır şəhərciyi, o acı mənzərə də AXC-Müsavat hakimiyyətinin məhsulu idi. Ondan sonra biz köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində daha fəal işlər apardıq. Bu gün 300 mindən çox məcburi köçkün evlərlə, mənzillərlə təmin edilib. Təkcə keçən il 5 min köçkün ailəsi üçün mənzillər tikilibdir. Bu il isə bu rəqəm 7 minə və ola bilər 8 minə çatacaq. Ona görə dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir. Keçən il mənim Sərəncamımla məcburi köçkünlərin maddi təminatı da yaxşılaşdırılmışdır. Onlara verilən müavinətin həcmi 50 faiz artmışdır”.
    E.Məhərrəmov vurğulayıb ki, göstərilən diqqət və qayğını daim öz üzərində hiss edən məcburi köçkünlər Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqları günün uzaqda olmadığına əmindirlər.

Keçidlər