2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə Şəkidə “Ulduz” filminin bərpa edilmiş versiyası nümayiş olunub
03 avqust 2026 | 18:15
2 avqust – Azərbaycan Kinosu Günü münasibətilə Şəki şəhərində yerləşən Çingiz Mustafayev adına klubda Azərbaycan kino sənətinin klassik nümunələrindən olan “Ulduz” bədii filminin bərpa edilmiş versiyası nümayiş olunub.
Filmin nümayişində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının xalq artisti, professor Cahangir Novruzov, tanınmış sənət adamları, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri, ziyalılar, gənclər və kino həvəskarları iştirak ediblər.
Qeyd edək ki, filmin bərpası "Balans" milli rəqəmsal bərpa studiyası tərəfindən həyata keçirilib.







