Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral - Azərbaycan Gəncləri Günü mürasibətilə bölgəmizin təhsil müəssisələrində çalışan gənc müəllimlərlə görüş keçirilib

02 fevral 2024 | 17:06

2 Fevral- Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizin şimal-qərb bölgəsinin təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.

Şəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbərliyi, idarənin və onun əhatə etdiyi sektorların gənc əməkdaşları, ölkəmizin şimal-qərb bölgəsinin təhsil müəssisələrində çalışan gənc müəllimlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Günay Mahmudova gənc müəllimləri təbrik edərək, 2 Fevral - Gənclər Gününün tarixindən bəhs edib. Hər il fevralın 2-nin ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyini söyləyən Günay Mahmudova Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Günay Mahmudova həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi bu dahi şəxsiyyətin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir.  Elxan Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini vurğulayıb.

ATİAHİ-nın Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, bilavasitə gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb, təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.

Tədbirə dəvət olunan gənclər çıxış edərək Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda xüsusi nailiyyətləri ilə fərqlənən gənclərə diplom və hədiyyələr təqdim edilib.

Sonda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Keçidlər