Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirmişdir

21 may 2020 | 16:00

Azərbaycanda səhiyyə sahəsində son illərdə aparılan islahatlar artıq ilkin bəhrələrini verməkdədir. Prezident cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsində səhiyyə sistemində reallaşdırılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz açıq-aşkar hiss edirik.
    Səhiyyədə aparılan isla¬hatların tərkib hissəsini təşkil edən istiqamətlərdən biri də icbari tibbi sığortanın tətbiqidir. İcbari tibbi sığortaya ke¬çid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını artıra¬caq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək və səhiyyə sis¬teminin maliyyə potensialını gücləndirəcək. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən fəaliyyətə başlamış  Tibbi Sığorta üzrə Dövlət Agentliyi zamanından və məkanından asılı olmayaraq sığorta olunanların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək missiyasını öz üzərinə götürüb.
     Mayın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzi ilə tanışlıqdan sonra Prezident cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsibdə  ölkəmizdə koronavirusun qarşısının alınması ilə bağlı görülən işlərdən danışarkən Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və onun nəzdində yaradılmış TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirmişdir. Ölkə başçısı bildirmişdir ki: ”Deyə bilərəm ki, səhiyyə sistemimizi qısa müddət ərzində yenidən qura bildik. Mən burada xüsusilə İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-in fəaliyyətini yüksək qiymətləndirirəm. Orada da fəaliyyət göstərənlərin mütləq əksəriyyəti gənclərdir və burada da gənclər göstərdilər ki, nəyə qadirdirlər. Çünki belə bir çətin şəraitdə heç bir ölkənin səhiyyə sistemi buna hazır deyildi. Belə bir çətin şəraitdə bütün təşkilati işləri görmək doğrudan da böyük nailiyyətdir. Xəstəxanaları müəyyən etmək, logistika işlərini təmin etmək, xəstələri regionlar üzrə bölmək, karantin rejimində saxlanılanların təminatını təşkil etmək, onlar üçün bütün bu təşkilati-logistik məsələləri həll etmək, xaricdən vətəndaşları təxliyə etmək – biz bütün bunları Operativ Qərargah çərçivəsində, o cümlədən həkimlərin və TƏBİB-in fəal iştirakı ilə təmin edə bilmişik”.

Keçidlər