Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə qeyri-formal məşğulluqla ciddi mübarizə aparılır

02 iyun 2020 | 16:00

“Biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb”.
    Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.
    Ölkədə sahibkarlığın inkişafı sahəsində şəffaflığın təmin edilməsi, kölgə iqtisadiyyatına qarşı aparılan mübarizə çox vacib məsələlərdən biridir. Son vaxtlar Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında Prezident cənab İlham Əliyevin siyasi iradəsi dayanır.
    Bu baxımdan, ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Qeyri-formal məşğulluq ölkədə “kölgə” iqtisadiyyatının formalaşmasına və yayılmasına rəvac verərək rəqabət mühitinə mənfi təsir göstərməklə yanaşı, işçilərin əmək və sosial hüquqlarının pozulmasına, onların sosial sığorta sistemindən və nəticədə gələcək sosial təminatdan kənarda qalmasına, vergidən yayınmaqla dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır. Bu səbəbdən qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi dövlət üçün əsas prioritetlərdən biri olmuşdur.

Keçidlər