Şriftin ölçüsü :

Saytın rəngi :

Şəkidə koronavirus pandemiyasına qarşı profilaktik tədbirlər gücləndirilib

03 iyun 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti yanında operativ qərargahın nəzarəti altında Şəki rayonu ərazisində profilaktik tədbirlər davam edir.
   Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən maarifləndirmə işlərini aparılır, ictimai iaşə, ticarət və xidmət obyektlərində, ictimai nəqliyyatda koronavirus epidemiyasının profilaktikasına dair metodiki göstərişlərə əməl olunması vəziyyəti monitorinq edilir, tələb olunan yerlərdə tibbi maskadan istifadə olunmasının, sosial məsafəninin saxlanılmasının, şəxsi gigiyena qaydalarına əməl olunmasının zəruriliyi vətəndaşların və obyekt sahiblərinin diqqətinə çatdırılır. Səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə sakinlərə qaydalara əməl olunması ilə bağlı çağırışlar edilir.
Şəki şəhərinin mərkəzi küçə və prospektlərdə, müəssisə və təşkilatların inzibati binasında, eyni zamanda kənd və qəsəbələrin ərazisində  dezinfeksiyaedici tədbirlər gücləndirilib.

Keçidlər