Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin rejiminin yenidən sərtləşdirilməsi vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır

04 iyun 2020 | 16:00

Hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Yumşaldılma və karantin rejimindən mərhələli şəkildə çıxma planı ölkəmizdə son vaxtlarda dövlətin və hökumətin, eləcə də Operativ Qərargahın əsas məqsədlərindən biri idi. Amma əfsuslar olsun ki, həm ekspertlər, həm Operativ Qərargah tərəfindən dəfələrlə xəbərdarlığına baxmayaraq, fərdi gigiyenik qaydalara, ictimai yerlərdə insanların bir-birinə qarşı olan münasibətlərində yeni çağırışlara riayət olunması kimi hadisələrə cəmiyyətin böyük bir hissəsindən müsbət cavab verilmədi. Əfsuslar olsun ki, son 10 gün ərzində yoluxma sayı getdikcə artdı. Bu səbəbli karantin rejiminin yenidən sərtləşdirilməsi zərurəti yarandı.
   Həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədini daşıyır. Qapanmanın yalnız həftənin 2 gününü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq ehtiyatının olması, həmçinin maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığın olmamasına xidmət edir.
    Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşı üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir. Biz birlikdə dövlətin atmış olduğu addımlara dəstək olmalıyıq. Belə olan halda, təhlükədən daha az itkilərlə ölkə və cəmiyyət olaraq uzaqlaşa bilərik.

Keçidlər