Şriftin ölçüsü :

Saytın rəngi :

Bugünkü könüllülər sabahın rəhbərləridir

06 iyun 2020 | 16:00

Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır.Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam  imzalamışdır. Bu addım gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədi daşıyır.
     Prezident cənab İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışı zamanı ASAN könüllüləri ilə görüşərkən demişdir: “Əslində, Azərbaycanda könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. O vaxta qədər Azərbaycanda könüllülər hərəkatı olmamışdır. “ASAN xidmət”dən sonra digər sahələrdə də könüllülər fəaliyyətə başladılar. O cümlədən ölkəmizdə keçirilmiş böyük beynəlxalq idman yarışlarında – Avropa və İslam Həmrəyliyi oyunlarında könüllülər böyük xidmət göstərmişlər. Könüllülərsiz biz bu böyük yarışları keçirə bilməzdik. Bu gün mənim göstərişimlə digər sahələrdə də könüllülər fəaliyyət göstərir”.
     Hazırda ölkəmizdə dövlətin ciddi dəstəyi və cəmiyyətin sosial sifarişi nəticəsində yaranmış "ASAN könüllüləri”, "Regional İnkişaf” İctimai Birliyi, "Bir” Tələbə könüllüləri, "Könüllü DOST”, "Aqrar İnkişaf könüllüləri” və digər könüllü hərəkatları gəncliyin avanqardına çevrilib. Bu baxımdan 2020-ci ilin Azərbaycanda "Könüllülər İli” elan edilməsi üçüncü minillikdə gənclərin müxtəlif sahələrdə öz potensialını göstərməsinə, sosial məsuliyyət və ictimai nəzarətlə bağlı dövlət siyasətinin həyata keçirilməsinə meydan açan mühüm əlamətdar hadisədir.
                                                                

Türkan Nurəliyeva, könüllülük hərəkatının fəalı

Keçidlər