Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan cəmiyyəti pandemiyaya qarşı mübarizədə əsasən qayda və qanunlara əməl edir, sağlamlıqlarını qoruyur

12 iyun 2020 | 16:00

Koronavirus pandemiyasının dünyada yayılmağa başladığı ilk gündən etibarən ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması istiqamətində saysız-hesabsız addımlar atılmışdır. Qısa müddət ərzində Operativ Qərargahın yaradılması, təhsil müəssisələrinin fəaliyyətinin tamamilə dayandırılması, böyük ticarət mərkəzlərinin, qonşu ölkələrlə sərhədlərin bağlanması və xarici ölkələrdəki vətəndaşlarımızın mərhələli şəkildə Azərbaycana gətirilməsi buna bir neçə nümunədir. Atılan uğurlu addımların nəticəsidir ki, ilkin mərhələdə insanların yoluxma sayını məhdud sayda saxlamaq mümkün olmuşdur. Ölkə vətəndaşları da atılan bu addamlara öz dəstəyini göstərir, qoyulan tələblərə, karantin rejimi qaydalarına məsuliyyətlə yanaşır.
  İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bilgəh qəsəbəsində quraşdırılan modul tipli xəstəxananın açılışında  həkim kollektivi ilə görüşərkən demişdir: “Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.”

Keçidlər